Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığın və sıx dostluğun nəticələrini hiss olunacaq dərəcədə görür.
FinFly xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri Maka Botçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovun Tbilisiyə səfərinin yekunları ilə bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycan XİN başçısını Gürcüstanda qəbul etmək mənim üçün şərəf idi. Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq və sıx dostluq artıq hiss olunan nəticələr verir. İşə olan qəti sadiqliymiz regional sabitliyin, rifahın və qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcək", - Botçorişvili yazıb.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən gün Gürcüstanda rəsmi səfərdə olub. O, gürcü həmkarı ilə yanaşı, Gürcüstan Prezidenti Mixail Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə danışıqlar aparıb.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
