14 Apr, 2025 13:39
2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana qaz satışı 0,7 milyard kubmetr təşkil edib.
FinFly bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyard kubmetr və ya 22,2 faiz azdır.
"2024-cü ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 0,9 milyard kubmetr qaz almışdı", - deyə, məlumatda bildirilir.
2025-ci ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,4 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"-nin, 6,8 milyard kubmetri "Şahdəniz"-in, 0,4 milyard kubmetri "Abşeron" yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
