Aprelin 19-da “Kavkasioni” elektrik ötürmə xəttində baş vermiş qəza nəticəsində Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib.
FinFly Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Tiflis və ölkənin bir sıra digər regionlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb.
Əldə etdiyimiz məlumata görə, problemlə üzləşən Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib. "AzərEnerji" tərəfindən Gürcüstan enerjisistemi ilə paralel iş bərpa olunub. Qurumun ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin xəbər verib ki, qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.
Paytaxtda elektrik enerjisinin kəsilməsi səbəbindən metronun birinci xəttində qatarların fəaliyyəti dayandırılıb.
Gürcüstanın enerji operatorunun bildirdiyinə görə, elektrik enerjisinin verilişi tədricən bərpa olunur. Tiflisin bir çox ərazilərində elektrik enerjisinin verilişi artıq bərpa olunub.
Bu, apreldə ölkədə baş vermiş artıq ikinci genişmiqyaslı elektrik kəsintisidir. Birinci hal aprelin 9-na keçən gecə baş vermişdi.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
