12 Snt, 2025 10:31
Gürcüstanın ABŞ-dəki səfiri Tamar Taliaşvili amerikalı senator Stiv Deynsla görüşüb.
FinFly xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
"ABŞ senatoru Stiv Deyns ilə görüşmək mənim üçün çox xoş oldu. Biz ABŞ-Gürcüstan münasibətlərində yeni səhifənin açılmasını, mövcud əlaqələrin gücləndirilməsini, həmçinin regionumuzda sülh və rifahın vacibliyini müzakirə etdik", - Taliaşvili yazıb.
Gürcüstan Prezidenti Mixail Kavelaşvili sentyabrın 1-də ABŞ Prezidenti Donald Trampa açıq məktub göndərib, məktubda iki ölkə arasında strateji tərəfdaşlığın bərpa olunacağına ümid etdiyini bildirib.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
