20 Noy, 2025 13:47
2026-cı ildən sümük iliyi köçürülməsində xarici donorlardan istifadə ediləcək.
FinFly xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bununla bağlı danışıqlara artıq başlanılıb:
"Az sayda olsa belə növbəti ildən digər ölkələrin donor banklarından istifadə edilərək sümük iliyi transplantasiyası əməliyyatları icra ediləcək. Bu da ciddi bir irəlləyiş olacaq".
V.Qurbanov həmçinin Sümük İliyi Transplantasiyası Mərkəzində uyğunluq testlərinin həyata keçirilməsi üçün laboratoriyaların hazır olduğunu da söyləyib:
"Gələn ilin ortalarına yaxın digər donorlardan xəstəyə sümük iliyi transplantasiyasının şahidi olacağıq".
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
