Azərbaycanın paytaxtında Formula-1 yarışlarının keçirilməsinə görə büdcədən 55 milyon ABŞ dollar "Formula-1"ə lisenziya haqqı ödənilir.
FinFly-ın hesablamalarına görə, əlavə olaraq trekin hazırlanması üçün təxminən 10 milyon dollar, təşkilati tədbirlər üçün isə daha 10 milyon dollar vəsait tələb edə bilər. Beləliklə, hər il Bakıda keçirilən Formula-1 yarışlarının ümumi dəyəri 70 milyon dollara yaxın qiymətləndirilir.
Bununla yanaşı, ölkə mühüm dividentlər də əldə edir: minlərlə turistin axını, Azərbaycanın beynəlxalq imicinin güclənməsi və qlobal diqqətin Bakıya yönəlməsi.
Qeyd edək ki, Formula-1 yalnız bir neçə şəhərdə məhz şəhər yollarında təşkil olunur. Bakı bu nadir şəhər traslarından biridir və Monako (Monte Karlo), Sinqapur və Las-Veqasla eyni sırada yer alır.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
