Biznes və maliyyə mediası olan FinFly fəaliyyətə başlamasından bir il ötür. Layihə biznes, maliyyə, investisiya və iqtisadi proseslər üzrə ixtisaslaşmış müstəqil media platforması kimi yaradılıb və əsas diqqəti Azərbaycan və region bazarlarına yönəldib.
Bir il ərzində FinFly ideyadan media resursuna çevrilib, öz redaksiya və keyfiyyətli analitik məzmuna maraq göstərən auditoriyasını formalaşdırıb. Platformada biznes xəbərləri, icmallar, analitik materiallar və müsahibələr dərc olunur. Məzmun həm peşəkar auditoriya, həm də geniş oxucu kütləsi üçün anlaşılan formatda təqdim edilir.
Bu bir il FinFly üçün bazarda maliyyə və iqtisadi mövzulara aydın, dürüst və peşəkar yanaşmaya real tələbatın olduğunu göstərib.
İkinci fəaliyyət ilində FinFly yeni formatların işə salınmasını, mövzu spektrinin genişləndirilməsini, rəqəmsal platformalarda mövcudluğun gücləndirilməsini və məzmunun ingilis dilində də yayımlanması planlaşdırılır.
FinFly — biznes və maliyyənin sirrli dünyasına açılan qapıdır.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
