Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 mərkəz yaradılacaq.
FinFly xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, ETX-nin Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (N-SOC), Milli Kiberinsidentlərə qarşı Mübarizə Mərkəzinin (N-CERT) və rəqəmsal sahədə təhqiqat fəaliyyəti üzrə ixtisaslaşmış mərkəzin yaradılması planlaşdırılır. Bu, ETX-yə ölkədə baş vermiş insidentlərin toplanılması və kateqoriyalar üzrə cavab reaksiyalarının verilməsi fəaliyyətinin koordinasiya etməyə imkan verəcək.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
