Ötən il Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) beynəlxalq karbon bazarları üzrə əldə edilmiş razılaşma ölkələrin bu bazarlarda iştirakının genişlənməsinə kömək edə və aşağı gəlirli ölkələrə daha böyük investisiya axınlarını cəlb edə bilər.
FinFly xəbər verir ki, bu barədə Dünya Bankının "2025-ci ilin karbon qiymətqoyma vəziyyəti və tendensiyaları" adlı yeni hesabatında bildirilib.
Sənəddə vurğulanıb ki, COP29-da Paris Sazişinin istixana qazı emissiyalarının azaldılması sahəsində beynəlxalq əməkdaşlığı tənzimləyən 6-cı Maddəsi üzrə qaydalar razılaşdırılıb. Xüsusilə, 6.2 (kooperativ yanaşmaları) və 6.4 (beynəlxalq karbon kreditləşdirmə mexanizmi) Maddələri üzrə əsas müddəalar təsdiqlənib. Bu isə beynəlxalq karbon bazarlarının daha şəffaf və proqnozlaşdırıla bilən fəaliyyəti üçün əsas yaradıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
