Dünya Bankı Azərbaycana "Yaşanılabilən Bakı" layihəsi çərçivəsində Abşeron göllərinin bərpası və ətraf ərazilərin inkişafı üzrə qrant ayırıb.
FinFly xəbər verir ki, həmin vəsait hesabına Zığ, Xocasən və Böyükşor göllərinin mövcud texniki-iqtisadi əsaslandırma və texniki layihələrinin yenilənməsi həyata keçiriləcək.
Qrantın bir hissəsi həmin işlə bağlı məsləhət xidmətlərinə yönəldiləcək.
Belə ki, məsləhətçi Abşeron göllərinin bərpası üzrə mövcud texniki-iqtisadi əsaslandırmaları yenidən nəzərdən keçirəcək və yeniləyəcək. Texniki-iqtisadiəsaslandırma və texniki layihə sənədlərinin tamamlanmasından xeyli müddət keçdiyini nəzərə alaraq, Böyükşor, Xocasən və Zığ gölləri və ətraf əraziləri üzrə texniki -iqtisadi əsaslandırmaların yenilənməsi tələb olunur. İşlərə bu ilin noyabr ayından başlanması planlaşdırılır və 500 min ABŞ dollarına başa gələcəyi gözlənilir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
