Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Məmmət Akməmmədov və İranın yollar və şəhərsalma naziri Fərzane Sadeq Çin-Qazaxıstan-Türkmənistan-İran dəmir yolunun aktivləşdirilməsi məsələlərini müzakirə ediblər.
FinFly-nin Türkmənistan Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu məsələ Türkmənistan nümayəndə heyətinin İrana səfəri zamanı müzakirə olunub.
"Həmçinin, Türkmənistan və İran İslam Respublikası arasında dəmir yolu sahəsində ticarət-iqtisadi əməkdaşlığın intensivləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Xüsusilə, tranzit yüklərin dövriyyəsinin artırılması ilə bağlı müvafiq təkliflər mübadiləsi aparılıb. Bununla bağlı Çin-Qazaxıstan-Türkmənistan-İran dəmir yolu xəttinin fəaliyyətinin aktivləşdirilməsi məsələləri də müzakirə olunub. Türkmənistan, İran, Oman) müzakirə edilib”, - departamentin açıqlamasında bildirilir.
Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər arasında ticarət dövriyyəsini artırmaq üçün dəmir yolu sistemində əməkdaşlığı genişləndirmək, habelə Ermənistan-İran-Türkmənistan-Qazaxıstan tranzit və nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları inkişaf etdirmək barədə razılığa gəliblər.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
