Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Çin Qəzzaya 100 milyon dollar ayıracaq - FinFly

Çin Qəzzaya humanitar böhranın aradan qaldırılması və regionun bərpası üçün 100 mln. dollar ayıracaq.

FinFly xəbər verib ki, bu barədə Çinin Sədri Si Cinpin Fransa Prezidenti Emmanuel Makronla danışıqlar zamanı bildirib.

Qeyd edək ki, Makron hal hazırda Çində üçgünlük dövlət səfərindədir.

Si Cinpin bildirib ki, Pekin və Paris aerokosmik texnika, nüvə energetikası, həmçinin yaşıl sənaye və süni intellekt kimi yeni sahələrdə əməkdaşlıq barədə razılaşıblar.

Fransa Prezidenti Çinin Ukraynada atəşkəsin dayandırılması məsələsində Rusiyaya təzyiq göstərəcəyinə ümidvar olduğunu bildirib. E.Makron vurğulayıbdı ki, dünya bu gün planetdə onilliklər boyu sabitliyi təmin edən beynəlxalq nizamın dağılması riski ilə üzləşir. Bununla əlaqədar olaraq, onun sözlərinə görə, Çin və Fransa arasında dialoq xüsusi əhəmiyyət kəsb edir.