16 Iyl, 2025 13:54
Çimərlik futbolu üzrə Azərbaycan Superliqasının qalibi müəyyənləşib.
FinFly AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, son turda “Marafon” üzərində 7:4 hesablı qələbə qazanan VTB ölkə çempionu olub.
“Marafon” isə yarışı ikinci pillədə başa vurub. “Dirçəliş”i 5:4 hesabı ilə məğlub edən “Çinar Zəngilan” bürünc mükafat əldə edib.
13 qola imza atan Elgün Abbaslı (“Çinar Zəngilan”) turnirin ən məhsuldar oyunçusu üçün ayrılan mükafata yiyələnib. Ən yaxşı qapıçı Elçin Qasımov (VTB), ən yaxşı oyunçu isə Orxan Məmmədov (“Marafon”) seçilib.
Qeyd edək ki, Superliqanın qalibi Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək. Gümüş mükafatçı “Marafon” isə bu yarışın pley-offu sayılan “Euro Challengers”ə qatılacaq.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
