05 Avq, 2025 09:32
2025-ci ilin iyul ayında “OpenAI” tərəfindən yaradılmış süni intellekt modeli “ChatGPT”nin Azərbaycan bazarında payı 96,1 faizə yüksəlib.
FinFly əldə etdiyi məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 0,11 faiz bəndi azalıb.
Siyahıda ikinci pillədə 2,18 faizbazar payı ilə “Microsoft Copilot”un çatbotu qərarlaşıb. Bu isə bir ay əvvələ nisbətən 0,69 faiz bəndi azdır.
Hesabat ayında “Google Gemini” çatbotunun Azərbaycanda bazar payı 0,3 faiz bəndi artaraq 1,07 faizə yüksəlib.
Bunlardan başqa, cari ilin iyul ayında “Perplexity” çatbotun Azərbaycanda bazar payı əvvəlki aydakı göstərici ilə müqayisədə 0,19 faiz bəndi artaraq 0,68 faizə, “Claude” çatbotunun ölkədəki bazar payı isə 0,31 faiz bəndi artaraq 0,45 faiz təşkil edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
