13 Ynv, 2026 12:14
"CFI Financial İnvestisiya Şirkəti"-nin 2025-ci ildə "Bakı Fond Birjası"-nda (BFB) apardığı əməliyyatların həcmi 213 milyon 176 min 492 manat təşkil edib.
FinFly xəbər verir ki, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 91,66 faiz və ya 2 milyard 338 milyon 739 min 290 manat azalıb.
Belə ki, 2024-ci ildə şirkətin dövriyyəsi 2 milyard 551 milyon 915 min 782 manat təşkil edib. Əməliyyatların sayı isə 1985-dən 103-ə enib.
Bu dövrdə investisiya şirkətinin birja əməliyyatlarının 18,9 milyon manatı dövlət istiqrazlarının, 182,7 milyon manatı repo əməliyyatlarının, 8,5 milyon manatı isə korporativ istiqazların payına düşüb.
"CFI Financial İnvestisiya" ötən il daxili birjada dövriyyəsi ən çox azalan ikinci şirkət olub.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
