27 May, 2025 11:03
2024-cü ilin dövlət büdcəsi çərçivəsində icra olunmuş 21,3 milyard manat məbləğində cari xərclərin 90 faiz və ya 19,2 milyard manatı qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanıb.
FinFly xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, gələcək maliyyə sabitliyimizin, dayanıqlılığımızın qorunması baxımından əsas hədəfimiz büdcənin cari xərclərinin məhz qeyri-neft gəlirləri hesabına qarşılanmasıdır.
"2024-cü ildə bu göstəricimiz 90 % olub. Biz 2026-cı ilin və növbəti 3 ilin büdcəsini təqdim edən zaman bu hədəfin üzərinə gələcəyik. Yaxın perspektivdə cari xərclərin 100 %-nin məhz qeyri-neft gəlirləri hesabına örtülməsini proqnozlaşdırırıq", - deyə, Babayev qeyd edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
