07 Avq, 2025 13:35
2025-ci ilin yanvar-iyun aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqları üzrə fəaliyyətlərə təqribən 259 milyon ABŞ dolları əməliyyat və 558 milyon ABŞ dollarına yaxın əsaslı xərclər yönəldilib.
Bu barədə FinFly blokun operatoru olan bp-Azerbaijan şirkətinin əməliyyatçılar adından bu ilin I yarısının yekunları üzrə biznesə dair yaydığı məlumata istinadən xəbər verir.
Hesabat dövründə AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon ABŞ dolları və ya 6,6 faiz artıb, əsaslı xərclər isə 140 milyon ABŞ dolları və ya 20 faiz azalıb.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
