15 Apr, 2025 11:56
2025-ci ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsilə 6 milyon 880,8 min ton neft ötürülüb.
FinFly bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 387 min ton və ya 5,3 faiz azdır.
Belə ki, ötən ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri vasitəsilə 7 milyon 267,2 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,2 faizini və ya 5 milyon 727,4 min tonunu Azərbaycanda hasil edilən neft, 16,8 faizini və ya 1 milyon 153,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
