Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı "Anglo Asian Mining" (AAM) şirkəti ötən il qızıl hasilatını kəskin artırıb.
FinFly xəbər verir ki, mədən şirkətinin 2025-ci ildə qızıl hasilatı 25 061 unsiya təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 66 faiz çoxdur. Qızıl istehsalı yenilənmiş proqnoz aralığının (25 000–28 000 unsiya) aşağı həddinə uyğun formalaşıb.
AAM-in 2025-ci ildə mis hasilatı 7 915 ton olub. Bu, əvvəlki ilə nisbətən 21 dəfə çoxdur və şirkət tarixində ən yüksək illik mis istehsalı kimi qeydə alınıb. İstehsalın artımı əsasən Gədəbəy mədənində hasilatın genişlənməsi, Dəmirli mədəninin istehsala başlaması ilə əlaqələndirilir. Hesabat dövründə şirkətin gümüş hasilatının həcmi isə 153,332 min unsiya (5,4 dəfə çox) təşkil edib.
Şirkət əlavə edib ki, 31 dekabr tarixinə 27,6 milyon ABŞ dolları məbləğində borc, 2,5 milyon ABŞ dolları xalis pul vəsaitinə malik olub. 2025-ci il dekabrın 31-nə satılmamış qızıl-filiz ərintisi (dore) və mis konsentratı ehtiyatları 37,7 milyon ABŞ dolları məbləğində olub. Bu ehtiyatlara hər tonu 12 504 ABŞ dolları dəyərində olmaqla, tərkibində 2 457 ton mis olan konsentrat da daxildir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
