25 Avq, 2025 12:36
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti Vaşinqtonda əldə olunmuş tarixi nəticələr münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
FinFly xəbər verir ki, britaniyalı nazir bu fikri avqustun 25-də Prezident İlham Əliyevin qəbulunda olarkən səsləndirib.
Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlət başçısına təbriklərini çatdırıb, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib.
Nazir həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxunub.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
