Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 2024-cü ildə Azərbaycanda reallaşdırılan layihələrə 17,83 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatırıb.
Bu barədə FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, ölkəyə qoyulan ümumi birbaşa xarici investisiyaların 0,3 faizini təşkil edib.
Hazırda IFC Azərbaycanda "Access Bank" və "Bank Respublika"-ın kapitalında iştirak etmək də daxil olmaqla, ümumi dəyəri 47 milyon ABŞ dolları olan 7 layihəni həyata keçirir.
"IFC növbəti beş ildə Azərbaycana maliyyə dəstəyinin həcmini 200-500 milyon ABŞ dolları diapazonunda artırmağı planlaşdırır", - deyə, məlumatda bildirilir.
Son 30 ildə IFC 60-dan çox layihə vasitəsilə Azərbaycana 800 milyon ABŞ dollarından çox sərmayə qoyub. IFC-nin kapitalında ölkənin payı 0,12 faiz (28 852 səhm) təşkil edir ki, hökumət bu səhmlərə görə 21,516 milyon ABŞ dolları ödəyib.
2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik 5,83 faiz artım) təşkil edib.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
