18 Fvr, 2025 19:20
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ukraynada
sülh perspektivlərini müzakirə etmək üçün ABŞ Prezidentinin Rusiya və Ukrayna
üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşüb.
FinFly xəbər verir ki, bu barədə o, "X" hesabında
paylaşım edib.
A.Koşta vurğulayıb ki, Rusiya-Ukrayna arasında sülh sadəcə
atəşkəs ola bilməz:
"Bizə Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhü və
Avropada təhlükəsizliyi təmin edəcək bir razılaşma lazımdır. Ukrayna Avropaya
güvənə bilər. Biz sülh və təhlükəsizliyi təmin etmək üçün ABŞ ilə konstruktiv şəkildə
işləməyə davam etməyə hazırıq".
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
