19 Snt, 2025 11:57
"Leobank"a məxsus "Leo Kart"la ödəniş etməkdə çətinlik yaranıb.
FinFly xəbər verir ki, bir sıra mağazalar "Leobank"ın kartları ilə ödəniş qəbul etməkdən imtina edirlər.
Vətəndaşlar bildirir ki, belə hallardan biri də "LC Waikiki" geyim mağazasında baş verib. Mağazanın əməkdaşları "Leo Kart"la ödənişin mümkün olmadığını bildirirlər.
Buna səbəb kimi isə həmin "Leobank"ın kartı ilə edilən ödənişlərin hesaba oturmadığı və bəzi hallarda müştəriyə geri qayıtdığını qeyd edirlər. Bu zaman isə mağaza ziyan etdiyi üçün "Leo Kart"la ödənişlərdən imtina edir.
Bu isə öz növbəsində müştərilərə əlavə çətinlik yaratmış olur.
"Leobank" bildirir ki, bu halla qarşı onlar tərəfindən heç bir məhdudiyyət mövcud deyil.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
