Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Belarusla sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FinFly

Azərbaycanda səfərdə olan Belarusun əmək və sosial müdafiə nazirinin birinci müavini Tatyana Astreyko DOST Agentliyində olub.  

Bu barədə FinFly Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.

Bildirilib ki, 1 saylı Bakı DOST mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olan Tatyana Astreykoya DOST mərkəzlərinin fəaliyyəti və iş prinsiplərinə dair məlumat verilib. DOST konsepsiyasına və son illər ölkəmizdə dövlət sosial xidmətlərinin elektonlaşdırılması sahəsində əldə olunan uğurlara dair təqdimatlar edilib.

Agentlikdə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Azərbaycanla Belarus arasında dostluq münasibətlərinə  əsaslanan ikitərəfli əlaqələrin  inkişafından bəhs edib. O, əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlığın daiim genişlənməkdə olduğunu qeyd edib.

Ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin, o cümlədən son illər iki nazirlik arasında imzalanmış Anlaşma Memorandumunun əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb. Bu Memorandumun icrası üzrə Tədbirlər Planının, habelə DOST Agentliyi ilə Belarusun “Milli Elektron Xidmətlər Mərkəzi” Respublika Unitar Müəssisəsi arasında əməkdaşlıq sənədlərinin layhələrinin də artıq hazırlandığı qeyd edilib.

Azərbaycanda son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatların nailiyyətləri diqqətə çatdırılıb.

Tatyana Astreykoya səfəri ilə bağlı xoş təəssüratlarını ifadə edib, sosial sahədə ikitərəfli əməkdaşlıq gündəliyini genişləndirmək üçün ardıcıl işlərin aparıldığını vurğulayıb.

Görüşdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.