Təhlillər göstərir ki, banklararası pul bazarında formalaşan faizlər artıq depozit faizlərinə təsir göstərməyə başlayıb.
Bu barədə FinFly Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, aparılmış qiymətləndirmələrə əsasən, uçot dərəcəsinin 1 faiz bəndi dəyişimi 1D AZIR indeksinə 0.6 faiz bəndi təsir göstərir: "1D AZIR indeksinin 1 faiz bəndi dəyişimi isə manatla depozit faizlərini 0.4 – 0.58faiz bəndi dəyişir. Depozit faizləri də öz növbəsində kredit faizlərinə təsir edən mühüm amillərdən biridir. Təhlillər göstərir ki, 1D AZIR indeksinin kredit faizlərinə olmaqla təsiri də gözlənilən statistik əhəmiyyətli olmaqla gözlənilən istiqamətdə dəyişir".
"Bunlardan başqa, 1D AZIR ilə dövlət qiymətli kağızları üzrə gəlirlilik əyrisi də əsasən eyni istiqamətdə dəyişir.
Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalı üzrə ötürücülüyünün yaxşılaşdığını göstərir. Pul siyasəti maliyyə çərçivəsinin təkmilləşdirilməsi vəsektorunun dərinliyinin artması ilə tədricən faiz transmissiyasının növbəti halqası olan bank-müştəri faizlərinə ötürücülükdə də yaxşılaşma gözlənilir", - deyə məlumatda qeyd olunub.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
