
01 May, 2025 09:49
Bank Melli İranın Bakı filialı fəaliyyətini tam bərpa edib.
FinFly xəbər verir ki, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Filial artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında Filialda yoxlamalara başlayıb. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. AMB sədri Taleh Kazımov bununla bağlı açıqlamasında bildirmişdi ki, filialda bəzi nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib:
"Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə biləcək".
Son xəbərlər
-
05 May, 2025
Türkiyədə illik inflyasiya enib...