26 Avq, 2025 13:57
2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 374,9 manat təşkil edib.
FinFly Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1 faiz çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1 097,3 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 918,7 manat, qeyri neft-qaz sektorunda 1 044,9 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1061,8 manat, özəl müəssisələrdə isə 1 133 manat olub.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
