NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə nağdsız ödəniz sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında aktivləşdirilib.
FinFly bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırlır.
Bildirilib ki, yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki "BakıKart"ın daşınmasına ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
