20 Iyn, 2025 16:27
Azərbaycan–Özbəkistan birgə investisiya şirkətinin Bakıda ofisi açılacaq.
FinFly xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.
Onun sözlərinə görə, hazırda şirkətin Daşkənddə ofisi yerləşir, yaxın vaxtlarda Bakıda da ofis fəaliyyətə başlayacaq.
"Özbəkistan Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biridir və eyni zamanda, biz özbək biznesinin bizim bazara böyük marağının şahidi oluruq. Bu istiqamətdə 500 milyon ABŞ dolları nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya şirkətin fəaliyyəti mühüm rol oynayır, yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir", - deyə nazir qeyd edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
