Əfqanıstanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qəni Bəradər Azərbaycan Baş naziri Əli Əsadovla iyulun 2-də keçirdiyi görüşdə "Lazurit" nəqliyyat dəhlizinin inkişafını müzakirə ediblər.
FinFly xəbər verir ki, bu barədə Əfqanıstanın iqtisadiyyat nazirinin müavini “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumatda qeyd olunub ki, Azərbaycan hökumətinin başçısı Əfqanıstanla ixrac və idxal həcmlərini artırmağa hazır olduğunu bildirib.
"Lazurit" dəhlizi Əfqanıstanın xarici ticarəti üçün ən perspektivli alternativ marşrut hesab olunur. Bu marşrut boyunca yerləşən ölkələr əsas əfqan malları - ilk növbədə qurudulmuş meyvələr, dərman bitkiləri və faydalı qazıntılar üçün tutumlu satış bazarlarını təmsil edir", - paylaşımda vurğulanıb.
Öz növbəsində, "Alemarah" informasiya portalı bildirir ki, Əfqanıstandan olan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak etmək üçün Azərbaycana gəlib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
