11 Apr, 2025 16:50
Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.
Bu barədə məlumatı "Gürcüstan Dəmir Yolları" yayıb.
"Bakı və Tbilisi arasında dəmir yolu ilə sərnişin daşınmasının bərpa edilməsinə dair işlər davam etdirilir, lakin reyslərin bərpa edilməsinin dəqiq tarixi daha sonra açıqlanacaq", – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti 2020-ci ilin martında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Bir müddət əvvəl isə Gürcüstanın İqtisadiyyat Nazirliyi Bakı və Tbilisi arasında qatarların hərəkətinin mayın 1-dən bərpa ediləcəyini açıqlamışdı.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
