Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə qaz nəqlinin həcmi açıqlanıb - FinFly

2025-ci ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə 5 milyard 447,9 milyon kubmetr qaz nəql olunub.

FinFly bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli ötən ilin eyni dövrü ilə müqayisədə 135 milyon kubmetr və ya 2,4 faiz azalıb.

"Cari ilin yanvar-mart aylarında bu kəmər ilə 5 milyard 582,1 milyon kubmetr qaz ötürülüb", - deyə, məlumatda bildirilir.

Hesabat dövründə magistral qaz kəmərləri ilə 11 milyard 133,6 milyon kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artım müşahidə olunub.

Qazın nəqlinin 50,1 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.