"Bakı Metropliteni" QSC yeni tədris ilinin ilk günündə 891 856 sərnişin daşıyaraq metro tarixində ikinci ən böyük nəticəyə imza atıb.
FinFly səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, intervalın bir qədər də azaldılması ilə pik saatlarda xətlərdə 34 cüt qatarın hərəkətdə olması sərnişinlərin daha çevik hərəkətinə ciddi təsir göstərib.
Pik saatlarda (gün ərzində ümumilikdə 5 saat) daşınan sərnişinlərin sayı gün ərzində metrodan istifadə edənlərin 43,06 faizini təşkil edib.
Bunun 77 392-si "28 May", 73 112-si "Koroğlu", 71 415-si "Elmlər Akademiyası", 70 843-ü "Gənclik", 67 660-i "20 Yanvar", 62 221-i isə "Nəriman Nərimanov" stansiyasının payına düşüb.
Xatırladaq ki, birinci ən böyük göstərici ötən il sentyabrın 16-da qeydə alınıb. Həmin vaxt 898 180 sərnişin Bakı metrosundan istifadə etmişdi.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
