Bakı Enerji Həftəsi çərçivəsində bərpaolunan enerji və neft-qaz hasilatı sahəsində kəşfiyyata dair bir sıra vacib sənədlərin imzalanması gözlənilir.
FinFly xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov bildirib.
Onun sözlərinə görə, tədbir çərçivəsində SOCAR-ın stendində şirkətin dekarbonizasiya sahəsində həyata keçirdiyi layihələr təqdim olunacaq.
"Bundan əlavə, bərpaolunan enerji istiqamətində və COP29 çərçivəsində SOCAR tərəfindən imzalanmış sənədlər haqqında da ətraflı məlumat veriləcək.
Həmçinin Bakı Enerji Həftəsində bərpaolunan enerji və neft-qaz hasilatı sahəsində kəşfiyyata dair bir neçə önəmli sənədin imzalanacağı gözlənilir. Hazırda bu sənədlərlə bağlı əlavə məlumat verə bilməsəm də, yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq", - deyə qeyd edib.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
