"Azercell Telekom" MMC bu il də qadınların liderlik, innovasiya və texnologiya sahəsindəki rolunu təşviq edən “SHE Congress”in rəsmi tərəfdaşı və rəqəmsal transformasiya üzrə dəstəkçisi qismində çıxış edir.
May ayının 22-də Heydər Əliyev Mərkəzində “Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq” (“Beyond Now – Creating What Lives On”) şüarı altında keçiriləcək tədbir yüzlərlə qadın lideri, sahibkar və peşəkarı bir araya gətirəcək. Konqres iştirakçılara təcrübə mübadiləsi aparmaq, ünsiyyət qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və müxtəlif təşkilatların rəhbərləri ilə tanış olmaq imkanı verəcək.
Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində qadınlara dəstək, onların cəmiyyətdəki rolunun daha da gücləndirilməsi, sosial-iqtisadi rifahının artırılması istiqamətində bir çox sosial layihələr həyata keçirən Azercell tədbirdə xüsusi panel müzakirəsi təşkil edəcək. Eyni zamanda, şirkətin Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva konqresin əsas spikerlərindən biri olacaq.
Qeyd edək ki, tədbir çərçivəsində qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş panel müzakirələri ilə yanaşı, dinamik sessiyalar və seminarlar təşkil olunacaq.
Ətraflı məlumat üçün: https://www.she-azerbaijan.com/.
Qeydiyyat üçün: https://bit.ly/3RBKrir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
