Bu ilin I rübündə Azərbaycanın milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) 865 min sərnişin daşınıb.
FinFly AZAL-dan əldə etdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.
Yanvar-mart aylarında AZAL uçuşların 89 faizni vaxtında yerinə yetirərək 48 istiqamət üzrə 3 718 reys həyata keçirib. 1 il əvvələ nisbətən punktuallıq göstəricisi üzrə 1 faiz reyslərin sayı üzrə isə 4 faiz artım müşahidə olunub. Martda punktuallıq göstəricisi 93 faizə çatıb.
Sərnişin axınında ən pik göstərici 12 350 nəfər olmaqla 12 yanvarda qeydə alınıb. Ötən il yanvarın 7-də qeydə alınan ən yüksək sərnişin axını isə 11 200 nəfər olub.
AZAL marşrut şəbəkəsini genişləndirmək, xidmət səviyyəsini təkmilləşdirmək, ən yüksək təhlükəsizlik və rahatlıq standartlarını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
