Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzasının araşdırılması toplanmış materialların tədqiqatı mərhələsindədir.
FinFly xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat naziri Marat Karabayev Senatda bildirib.
"Birinci mərhələ materialların toplanması idi. O mərhələ başa çatıb. İndi ikinci mərhələ - toplanmış materialların tədqiqatı aparılır və hazırda araşdırma mərhələsindəyik. Bu çərçivədə yerli və xarici mütəxəssislər ICAO ilə birlikdə Bakıda, Qroznıda, həmçinin Rostov-na-Donda olublar", - M.Karabayev qeyd edib.
Nazir əlavə edib ki, materiallar tədqiqatlar üçün Qazaxıstandadır.
AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
