Azərbaycan Hava Yolları aviaparkına yeni Airbus A320NEO hava gəmisi daxil oldu.
FinFly xəbər verir ki,AZAL donanmasının yenilənməsi çərçivəsində daha bir “Airbus A320 Neo” təyyarəsi Bakıya gətirilib.
Qeyd edək ki, bu addım şirkətin təyyarə parkının orta yaşını azaltmaqla yanaşı, həm də müştəri məmnuniyyətini və istismar səmərəliliyini artırmağı hədəfləyir.
Hazırda AZAL-ın aviaparkının orta yaşı 14 ildir. Son illər bu göstəricini yaxşılaşdırmaq üçün ciddi addımlar atılıb. 2023-cü ildə üç yeni “Airbus” təyyarəsi istismara verilib, eyni zamanda “Airbus” və “Boeing” şirkətləri ilə 20-dən çox yeni təyyarənin alınmasına dair müqavilələr imzalanıb. Onların 2032-ci ilə qədər tədarükü planlaşdırılır.
Strateji plana görə, 2030-cu ilə qədər AZAL-ın donanması yalnız iki tip təyyarədən ibarət olacaq: dar gövdəli “Airbus A320 Neo” və geniş gövdəli “Boeing 787 Dreamliner”. Hazırda isə şirkətin parkında müxtəlif tipli 25 təyyarə fəaliyyət göstərir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
