04 Mar, 2025 14:12
Azərbaycanla Qazaxıstan təhsil sahəsində oxşar hərəkət modelindən istifadəyə qərar verib.
FinFly xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
"Azərbaycanla Qazaxıstan arasında hər sahədə, eləcə də, mədəniyyət, gənclərlə bağlı və s. sahədə olduğu kimi təhsil sahəsində də əməkdaşlığı inkişaf etdirməliyik. Təbii ki, hər ölkənin öz milli maraqları var və bu maraqlara söykənərək təhsil sahəsində oxşar hərəkət modelindən istifadə etməyə qərar vermişik. Həmçinin, neft, tədqiqat sahələrində də əməkdaşlıq etməyi düşünürük", - deyə, Əmrullayev əlavə edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
