Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Keniyanın paytaxtı Nayrobidə Çin Xalq Respublikasının Mənzil və şəhər-kənd inkişafı nazirinin müavini Jianquo Donq ilə görüşüb.
FinFly xəbər verir ki, bu barədə A.Quliyev "X" səhifəsində yazıb.
Görüşdə dayanıqlı şəhərsalma, “ağıllı” şəhər konsepsiyaları və ekoloji cəhətdən təmiz şəhərlərə dair əməkdaşlıq imkanları müzakirə edilib.
Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Çinə son rəsmi səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsi, davamlı şəhər inkişafı sahəsində sıx əməkdaşlıq və təcrübə mübadiləsi üçün yeni imkanların yaradılmasına verdiyi töhfə vurğulanıb.
Eyni zamanda qarşı tərəf bu ilin oktyabrında keçiriləcək 3-cü Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA) və 2026-cı ildə baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştiraka dəvət edilib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
