28 Apr, 2025 12:50
Azərbaycanın 2025-ci ilin aprelin 1-nə 5 milyard 67 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,6 faizi dollarda olub. FinFly bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qurumun məlumatına görə, borcun tərkibində avro 6 faiz, beynəlxalq valyuta fondunun xüsusi borcalma hüquqları 3,5 faiz, yapon yeni 3,3 faiz, digər valyutalar isə 1,6 faiz paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,9 faizini, sabit dərəcə ilə olanlar isə 51,1 faizini təşkil edib.
Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,9 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
