15 Ynv, 2026 16:49
Gəlmə turizmdə Azərbaycan üçün prioritet bazarlar kimi Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Almaniya, Çin və Pakistan seçilib.
FinFly xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi (DTA) bildirib.
"Həmin ölkələrdən turist axınının artırılması məqsədilə hava əlaqələrinin genişləndirilməsi və vizasız rejimin tətbiqi nəzərdə tutulur", - DTA qeyd edir.
Agentlik vurğulayır ki, sözügedən ölkələr qonşu ölkələr, Körfəz regionu, Orta və Şərqi Asiya, eləcə də Avropa bazarlarını əhatə edir və bu istiqamətlər turizmin davamlı inkişafı üçün əsas hədəf hesab olunur: "Hədəf bazarlarda Azərbaycanın turizm imkanlarının tanıdılması məqsədilə sistemli marketinq və kommunikasiya tədbirləri də həyata keçiriləcək".
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
