02 Apr, 2025 09:25
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan qeyri-neft-qaz sektoruna 1,4 milyard manat sərf olunub.
Bu barədə FinFly Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Əsas kapitala yönəldilmiş investisiyalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 343 milyon manat və ya 20 faiz azdır.
Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə qeyri-neft-qaz sahəsində əsas kapitala 1,7 milyard manat investisiya yönəldilmişdi.
2025-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala təqribən 2 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz az investisiya yönəldilib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
