17 Iyl, 2025 16:47
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 12,365 milyard kubmetr qaz halında təbii qaz ixrac edilib.
FinFly bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda qaz ixracından əldə olunan gəlir 4,542 milyard ABŞ dolları olub.
Qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 539 milyon kubmetr və ya 4,6 faiz, dəyər ifadəsi ilə 473 milyon ABŞ dolları, yaxud da 11,6 faiz artıb.
Belə ki, 2024-cü ilin birinci yarısında Azərbaycandan 11,826 milyard kubmetr həcmində, 4,069 milyard ABŞ dolları dəyərində qaz halında təbii qaz ixrac edilmişdi.
Qaz ixracı 2025-ci ilin ilk altı ayının ixracına nisbətən 35,27 faiz təşkil edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
