Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycanın İslam maliyyə sisteminin gücləndirilməsinə dəstək göstəriləcək - FinFly

İslam Özəl Sektorun İnkişafı Korporasiyası (ICD), İslam İnkişaf Bankı (IsDB) və İslam İnkişaf Bankı İnstitutu (IsDBI) ilə birgə Azərbaycanda islam maliyyə infrastrukturunun dəstəklənməsi və gücləndirilməsi məqsədilə sıx əməkdaşlıq edəcək.

FinFly ICD-yə istinadla xəbər verir ki, bu barədə İslam Özəl Sektorun İnkişafı Korporasiyasının baş investisiya direktoru Baa Əl-Din Yəhya Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini Əli Əhmədov ilə Bakıda keçirdiyi görüş zamanı bildirilib.

Müzakirələr zamanı Azərbaycanda özəl sektorun inkişafına dəstək məqsədilə resursların cəlb olunması aləti kimi suqukun potensialına xüsusi diqqət yetirilib.

"Gələcəkdə biz enerji, istehsal və aqrobiznes kimi əsas sahələrdə özəl sektor təşəbbüslərinin stimullaşdırılması məqsədilə suquk emissiyası imkanlarını görürük. AMB-nin normativ dəstəyi ilə biz ölkənin özəl sektorunun gücləndirilməsinə töhfə verə bilərik", – deyə ICD məlumatında qeyd olunur.

Qeyd edilir ki, ICD kiçik və orta sahibkarlığa (KOS) yönəlmiş maliyyə proqramlarına dəstək göstərmək üçün Azərbaycan İnvestisiya Şirkəti (AIC) və digər fondlarla sıx əməkdaşlıq qurmaq niyyətindədir.

"Vəsaitlərin manatda ayrılması mümkündür. Gələcəkdə biz bərpa olunan enerji mənbələri (BƏM), istehsal, emal və ərzaq məhsulları kimi əsas sahələrdə birgə maliyyələşdirmə üçün əhəmiyyətli potensial görürük. Bu strateji tərəfdaşlıq KOS-un imkanlarının genişləndirilməsinə və Azərbaycanın bütün ərazisində özəl sektorun inkişafının sürətləndirilməsinə yönəlmiş genişmiqyaslı milli təşəbbüsün yolunu açacaq", – deyə korporasiya vurğulayıb.

Qeyd edək ki, ICD-nin nümayəndə heyəti Azərbaycana üç günlük səfər çərçivəsində ölkənin özəl sektoru ilə əməkdaşlığın dərinləşdirilməsi və tərəfdaşlığın gücləndirilməsi məqsədilə ölkəmizdə səfərdədir.