Bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana təqribən 450,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
FinFly Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 25,7 milyon ABŞ dolları olub.
Gürcüstana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 26,2 milyon kVt/saat və ya 6,2 faiz, dəyər ifadəsi ilə 4,2 milyon ABŞ dolları, yaxud 19,6 faiz artıb.
Eyni zamanda, 2025-ci ilin ilk beş ayı ərzində Gürcüstandan Azərbaycana 468,9 min ABŞ dolları dəyərində, 7,2 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 867,2 min ABŞ dolları və ya 64,9 faiz az, həcm ifadəsində isə 13,3 milyon kVt/saat və ya 65 faiz azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycandan ümumilikdə beş ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 37,4 milyon ABŞ dolları dəyərində, 658,1 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin, hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 2 milyon ABŞ dolları dəyərində 55,1 milyon kVt/saat elektrik enerjisi idxal edilib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
