15 May, 2025 12:44
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alınıb.
FinFly komitəyə istinadən xəbər verir ki, “Qırmızı Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən yük nəqliyyat vasitəsinin sürücüsü şifahi olaraq sorğu-sual edilib və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin dartıcısının salonunda xüsusi saxlanc yerində gizlədilərək keçirilməsinə cəhd göstərilən 8 milyon rus rublu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
