2025-ci ilin mayın 1-nə Azərbaycanda 1 621 818 vergi ödəyicisi olub.
FinFly İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verirki, bu, ötən il mayın 1-i ilə müqayisədə 4,8 faiz çoxdur.
Vergi ödəyicilərinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 4,3 faiz, hüquqi şəxslərin sayı 7,7 faiz artıb.
Aprelin sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 8,4 faiz artaraq 195 263 vahid təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Təkcə bu ilin yanvar-aprel aylarında 4 995 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89,5 faizi yerli investisiyalı, 10,5 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,3 faizi elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
