Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta əməliyyatlarının vahid informasiya sistemini yaradıb.
FinFly xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödənişsiz Sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev bildirib.
Onun sözlərinə görə, sistemin təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq həm banklar, həm ödəniş təşkilatları, həm də elektron pul təşkilatları ölkədən kənara valyuta köçürülməsi ilə bağlı məlumatları dərhal sistemə əlavə etməlidirlər.
"Artıq banklar sistemə inteqrasiya edilib. Bu ilin sonuna qədər ödəniş və elektron pul təşkilatları da sistemə inteqrasiya ediləcəklər. İnterqasiya işləri tamamlandıqdan sonra dərhal lazımi məlumatlar real vaxt rejimində sistemə daxil edəcək və bununla da vahid baza formalaşacaq. Nəticədə AMB valyuta ilə bağlı əməliyyatlara daha effektiv, daha səmərəli şəkildə nəzarət edə biləcək", - deyə AMB rəsmisi qeyd edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
