04 Snt, 2025 16:25
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda vergi daxilolmalarının 8 milyard 434,6 milyon manatı və yaxud 73 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.
FinFly İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz çox, proqnozdan isə 3 faiz çoxdur.
Yanvar-avqust aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 3 faiz, proqnozdan isə 5,4 faiz çoxdur.
Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 8 ay ərzində həmin məbləğin 74,8 faizi təmin olunub.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
